среда, 29 января 2014 г.



Təhsil Şurası təhsilin inkişafı yolunda….

Yanvar  ayının  24-ü  və   25-ində Təhsil  Şurasının  “Təhsilin inkişafı üzrə Dövlət  Strategiyası” na  dəstək  proqramı  əsasında  Bakı şəhəri,287 nömrəli liseydə ,pedaqoji  kadrların  metodiki, elmi, nəzəri  və  təcrübi  hazırlığının təkmilləşdirilməsi  məqsədilə  həyata  keçirilən  “Öyrədənlərin öyrədilməsi” layihəsi  çərçivəsində  “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə  kurs təşkil edildi.Təhsil şurasının sədri Əjdər Ağayev və proqram rəhbəri Böyükağa Mikayıllı kursda şəxsən iştirak etdilər.Bu treyninqdə  olmuş  digər  müəllimlər  kimi  mən  də oradan xoş təəssüratlarla ayrıldım.Çünki təlim yüksək səviyyədə təşkil edilmişdi.Kurs rəhbəri Nizami Məmmədli və Sevinc Kənan Niftiyeva orada  iştirak edən iyirmiyə yaxın  müxtəlif  fənn  müəllimlərinə elektron  tədris resursları  yaratmağın  və bu resurslardan faydalannmağın yollarını öyrətməyə çalışdılar və məncə buna nail oldular.Onlar müəllimlərə konstruktiv təlim barədə geniş məlumat verdilər.ETR-lərin mahiyyəti,növləri,ETR yaradarkən əsas tutulan prinsiplər və meyarlar haqqında ətraflı danışdılar.Bu kurs, eyni zamanda  iştirakçıları Veb1 və Veb 2 alətləri barədə məlumatlandırdı.Veb 2  alətlərindən müəllimlərin dərs  prosesində nə şəkildə yararlana biləcəkləri izah edildi.Ümumiyyətlə İKT-dən faydalanmağın yolları çərçivəsində müxtəlif alternativlər irəli sürüldü.

Bu gün cəmiyyətimiz və dövlətimiz müəllim qarşısında çox böyük öhdəliklər qoyur.  İnkişaf yolunda irəliləyən Azərbaycan öz müəllimindən çox şey gözləyir.Müəllim ilk öncə özü cəmiyyətdəki inkişafa və inovativliyə  açıq olmalıdır ki,onu qəbul edib, ona uygunlaşa bilsin. Bu gün biz müəllimlər inkişaf edərək irəliləməliyik ki,hərtərəfli gənclər yetişdirib cəmiyyətə bəxş edə bilək.Bu zəmindən yanaşsaq,belə prizmalı kursların təşkil edilməsi cəmiyyətin inkişaf dinamikası ilə uzlaşmağa çalışan müəllimlər üçün sözün əsl mənasında bir zərurətdir.Mən və kursda iştirak etmiş digər müəllimlər belə silsilə təlimləri təşkil edən Təhsil Şurasına və şəxsən Əjdər Ağayevə  çox minnətdarıq. Bizim hələ haqqında öyrənməli və təlimatlanmalı oldugumuz bir çox aspektlər var.Bunun ücün də mən müəllimlərimizi müxtəlif səpgili treyninqlərdə və təlim kurslarında iştirak etməyə və onlardan bəhrələnməyə səsləyirəm.Əjdər müəllimin öz sözləri ilə desək ,əsl pedaqoq ömrünün sonuna qədər öyrənməlidir.
Kürdəmir şəhər 1 nömrəli orta məktəbin ingilis dili müəllimi Məmmədova Mehriban.


Комментариев нет:

Отправить комментарий