пятница, 28 февраля 2014 г.

Mikayıl Cabbarov təhsil sistemində şok dəyişikliklərə hazırlaşır - Yeni qurumlar yaradılacaq
Tarix: 20-02-2014, 12:03 | Çap et
Mikayıl Cabbarov təhsil sistemində şok dəyişikliklərə hazırlaşır
DİA.AZ: - Təhsil sistemində icrası nəzərdə tutulan şok islahat planı hazırlanmaqdadır. Bu barədə DİA.AZ-a xəbər verən təhsil nazirliyindəki məlumatlı mənbə iddia edir ki, birbaşa olaraq təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə hazırlanan plana uyğun olaraq nazirlikdə genişmiqyaslı həm struktur və həm də kadr islahatları həyata keçiriləcək.

Mənbənin söylədikləri: «Ümumiyyətlə, yerli raon təhsil şöbələrinin strukturlarının da dəyişdirilməsi gözlənilir. Ayrıca olaraq rayon təhsil departamentləri yaradılacaq və bu departamentlər də nazirlikdəki baş idarəyə tabe olacaq. Bakı baş təhsil idarəsinə isə fərqli bir statusun verilməsi gözlənilir».

Mənbəmiz bildirir ki, təhsil departamentlərinin başlıca vəzifəsi heç də hansısa orta məktəb direktoruna təsir etmək olmayacaq: Ümumiyyətlə, yeni plana uyğun olaraq orta məktəb direktorları birbaşa olaraq nazirlik tərəfindən müəyyənləşəcək. Və seçmə yolu ilə həyata keçiriləcək. Bu isə yerli təhsil idarələrinin orta məktəb direktorları üzərindəki hökmranlığının bitməsi anlamına gəlir».

Təhsil departamentlərinin səlahiyyətlərinə gəlincə isə, bu qurumlar orta məktəblərlə nazirlik arasında bir növ əlaqələndirici rolunu oynayacaq: «Yəni səlahiyyətlər azaldılır».

Mənbəmiz onu da əlavə etdi ki, bu planla bağlı müvafiq hüquqi bazanın yaradılması üçün də gərəkən tədbirlərə tədarük görülməkdədir.
27/2/2014 [10:34] Cəmiyyət (660 dəfə baxılıb)
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə
Font: 

Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu ABŞ-ın "DYMO/Mimio" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" ilə birgə "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsi elan edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi interaktiv lövhə vasitəsi ilə yeni təlim metod və formalarının tətbiqi, tədris prosesində yeni informasiya və interaktiv texnologiyaları fəal tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı, interaktiv avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqi, pedaqoji kadrların interaktiv tədris sahəsində peşəkarlıqlarının artırılmasıdır.

Müsabiqədə məktəbəqədər, orta, peşə ixtisası, ali, əlavə və inklüziv təhsil üzrə müəllim və mütəxəssislər, bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə bilərlər. Layihələr bütün fənlər üzrə qəbul olunur.

Müsabiqəyə istənilən dərs mövzusu (fənn) üzrə fəal təlim metodları və interaktiv avadanlıqlardan istifadə edilərək qurulan dərsin rəqəmsal layihəsi təqdim oluna bilər. Müsabiqəyə 1 mart 2014-cü il tarixində start verilir.

Müsabiqənin finalı və qaliblərin mükafatlandırılması 6 may 2014-cü il tarixində - "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi-praktik konfransının işi zamanı keçiriləcək.