пятница, 28 февраля 2014 г.

Mikayıl Cabbarov təhsil sistemində şok dəyişikliklərə hazırlaşır - Yeni qurumlar yaradılacaq
Tarix: 20-02-2014, 12:03 | Çap et
Mikayıl Cabbarov təhsil sistemində şok dəyişikliklərə hazırlaşır
DİA.AZ: - Təhsil sistemində icrası nəzərdə tutulan şok islahat planı hazırlanmaqdadır. Bu barədə DİA.AZ-a xəbər verən təhsil nazirliyindəki məlumatlı mənbə iddia edir ki, birbaşa olaraq təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə hazırlanan plana uyğun olaraq nazirlikdə genişmiqyaslı həm struktur və həm də kadr islahatları həyata keçiriləcək.

Mənbənin söylədikləri: «Ümumiyyətlə, yerli raon təhsil şöbələrinin strukturlarının da dəyişdirilməsi gözlənilir. Ayrıca olaraq rayon təhsil departamentləri yaradılacaq və bu departamentlər də nazirlikdəki baş idarəyə tabe olacaq. Bakı baş təhsil idarəsinə isə fərqli bir statusun verilməsi gözlənilir».

Mənbəmiz bildirir ki, təhsil departamentlərinin başlıca vəzifəsi heç də hansısa orta məktəb direktoruna təsir etmək olmayacaq: Ümumiyyətlə, yeni plana uyğun olaraq orta məktəb direktorları birbaşa olaraq nazirlik tərəfindən müəyyənləşəcək. Və seçmə yolu ilə həyata keçiriləcək. Bu isə yerli təhsil idarələrinin orta məktəb direktorları üzərindəki hökmranlığının bitməsi anlamına gəlir».

Təhsil departamentlərinin səlahiyyətlərinə gəlincə isə, bu qurumlar orta məktəblərlə nazirlik arasında bir növ əlaqələndirici rolunu oynayacaq: «Yəni səlahiyyətlər azaldılır».

Mənbəmiz onu da əlavə etdi ki, bu planla bağlı müvafiq hüquqi bazanın yaradılması üçün də gərəkən tədbirlərə tədarük görülməkdədir.

Комментариев нет:

Отправить комментарий