пятница, 28 февраля 2014 г.

Mikayıl Cabbarov təhsil sistemində şok dəyişikliklərə hazırlaşır - Yeni qurumlar yaradılacaq
Tarix: 20-02-2014, 12:03 | Çap et
Mikayıl Cabbarov təhsil sistemində şok dəyişikliklərə hazırlaşır
DİA.AZ: - Təhsil sistemində icrası nəzərdə tutulan şok islahat planı hazırlanmaqdadır. Bu barədə DİA.AZ-a xəbər verən təhsil nazirliyindəki məlumatlı mənbə iddia edir ki, birbaşa olaraq təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə hazırlanan plana uyğun olaraq nazirlikdə genişmiqyaslı həm struktur və həm də kadr islahatları həyata keçiriləcək.

Mənbənin söylədikləri: «Ümumiyyətlə, yerli raon təhsil şöbələrinin strukturlarının da dəyişdirilməsi gözlənilir. Ayrıca olaraq rayon təhsil departamentləri yaradılacaq və bu departamentlər də nazirlikdəki baş idarəyə tabe olacaq. Bakı baş təhsil idarəsinə isə fərqli bir statusun verilməsi gözlənilir».

Mənbəmiz bildirir ki, təhsil departamentlərinin başlıca vəzifəsi heç də hansısa orta məktəb direktoruna təsir etmək olmayacaq: Ümumiyyətlə, yeni plana uyğun olaraq orta məktəb direktorları birbaşa olaraq nazirlik tərəfindən müəyyənləşəcək. Və seçmə yolu ilə həyata keçiriləcək. Bu isə yerli təhsil idarələrinin orta məktəb direktorları üzərindəki hökmranlığının bitməsi anlamına gəlir».

Təhsil departamentlərinin səlahiyyətlərinə gəlincə isə, bu qurumlar orta məktəblərlə nazirlik arasında bir növ əlaqələndirici rolunu oynayacaq: «Yəni səlahiyyətlər azaldılır».

Mənbəmiz onu da əlavə etdi ki, bu planla bağlı müvafiq hüquqi bazanın yaradılması üçün də gərəkən tədbirlərə tədarük görülməkdədir.
27/2/2014 [10:34] Cəmiyyət (660 dəfə baxılıb)
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə
Font: 

Azərbaycan Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu ABŞ-ın "DYMO/Mimio" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" ilə birgə "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsi elan edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi interaktiv lövhə vasitəsi ilə yeni təlim metod və formalarının tətbiqi, tədris prosesində yeni informasiya və interaktiv texnologiyaları fəal tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı, interaktiv avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqi, pedaqoji kadrların interaktiv tədris sahəsində peşəkarlıqlarının artırılmasıdır.

Müsabiqədə məktəbəqədər, orta, peşə ixtisası, ali, əlavə və inklüziv təhsil üzrə müəllim və mütəxəssislər, bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə bilərlər. Layihələr bütün fənlər üzrə qəbul olunur.

Müsabiqəyə istənilən dərs mövzusu (fənn) üzrə fəal təlim metodları və interaktiv avadanlıqlardan istifadə edilərək qurulan dərsin rəqəmsal layihəsi təqdim oluna bilər. Müsabiqəyə 1 mart 2014-cü il tarixində start verilir.

Müsabiqənin finalı və qaliblərin mükafatlandırılması 6 may 2014-cü il tarixində - "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi-praktik konfransının işi zamanı keçiriləcək.

среда, 29 января 2014 г.

MÜASİR DƏRS FENOMENİ.

Dünyanın təhsil meridianında özünün rol və əhəmiyyətinə görə daha çox maraq doğuran dərs həmişə öz zamanında müasir olmuşdur. Məktəblə məşğul olan insanlar dərsi yaşadıqları dövrün tələblərinə söykənərək dəyərləndirmiş, onun qiymətini vermişlər. Beləliklə, dərsin müasirlik atributu onun vacib əlamətlərindən biri kimi həmişə əhəmiyyət daşımışdır. Bu mənada bir pedaqoji anlayış kimi "dərs", "təhsil" anlayışı ilə birgə yaranaraq bu günümüzə qədər gəlib çatmışdır.

Pedaqoqlar, psixoloqlar öz mülahizələrində dərsi müxtəlif tərəflərdən təhlil edərək düşüncə prizmalarından keçirmiş, onu daha dolğun, həm də praktik müəllimlərin anlam səviyyəsinə uyğun ifadə etməyə çalışmışlar. Bütün bunlarla yanaşı, dərs özünün pedaqoji-psixoloji keyfiyyətləri ilə zamanların düşüncə müstəvisində müzakirə obyektinə çevrilmişdir.

Psixoloqlar araşdırmalarında XXI əsri kreativlik əsri kimi adlandırırlar. İnsanlarda istedadlılığa, yaradıcılığa daha çox dəyər verən bu əsrdə təhsil sistemində də məhz həmin keyfiyyətlərin əsas götürülməsi vacib hesab edilir. Sual olunur ki, bəs onda bu gün "müasir dərs" anlayışı necə başa düşülməlidir? Onun mahiyyətini necə izah etmək olar?

Azərbaycanın görkəmli psixoloqu Əbdül Əlizadə yeni pedaqoji təfəkkürlə bağlı psixopedaqoji araşdırmalarında bu məsələyə münasibət bildirərək qeyd edir ki, "müasir dərs" anlamında "müasir" sözünün özünəməxsus evristik mənası var. "Müasir dərs" pedaqoji (psixoloji) elmlərin ən yeni uğurlarına söykənməlidir" (Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Bakı. "Adiloğlu" nəşriyyatı, 2001.). Dərs həm də dövrün insanlarını yetişdirmək imkanına malik prosesə çevrilməlidir. Məktəbin vətəndaş yetişdirmək vəzifəsinin yerinə yetirilməsində uğurla çıxış etməlidir.

"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunur ki, "Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər görüləcəkdir" (www.prezident.az). Göründüyü kimi, ölkəmizin təhsil siyasətində təfəkkür, düşüncə, intellekt məktəbinin yaradılması prioritet istiqamətlərdən biridir. Müasir məktəbin dərsi də bu müqəddəs vəzifələrin icrasına çevriləcəkdir. Özünün yaradıcılıq imkanlarını axtaran müasir müəllim, ilk növbədə, tədqiqatçılığa başladığı fəaliyyətini dərsdəki yaradıcı fəaliyyəti ilə başa vuracaqdır. Müəllimin fəaliyyətinin səmərəliliyində, keyfiyyətliliyində onun yaradıcı yanaşmaları yüksək qiymətləndiriləcəkdir. Bu mənada müasir dərs fenomeninin yaranmasında müasir müəllim özünün əvəzsiz fəaliyyətini göstərməli olacaqdır. Cünki "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərildiyi kimi, "Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır".

Müasir dərsin mühüm keyfiyyətlərindən biri onun yeni düşüncə, yeni pedaqoji təfəkkürün məhsulu kimi meydana çıxmasıdır. Bu isə o deməkdir ki, dərsə quru, şablonçuluqla yanaşmaq müasir ölçülərə sığmır. Onu sadəcə inzibati strateji struktur kimi qəbul etmək olmaz. Müasir dərs həm də bəzi hallarda konkret vaxt çərçivəsini, struktur vahidliyini qırıb-dağıdır. Ona da demokratik yanaşmağı yaradıcı bir proses kimi müraciət olunmasını tələb edir. Dərs idarə olunan bir proses olduğundan onun məntiqi struktur cəhətdən bütövlüyü əsas şərtlərdən biri kimi yüksək dəyərləndirilir. 

Hər bir zamanın dərsi özlüyündə o dövr üçün müasir olub. Bu mənada müasirlik bir atribut kimi şərti olaraq işlədilir və ondan dövri olaraq danışmaq daha məntiqəuyğun bir hal kimi dəyərləndirilir. Dərsin təşkilat forması olması, demək olar ki, bütün zamanlarda özünün aparıcı xüsusiyyət çəkisini saxlayıb. Bu mənada hazırkı zamanda dərsin təlimin təşkilat forması olması barədə pedaqoji müddəa istifadə olunmaqda davam edir. Çox güman ki, bu fikir məqbul bir müddəa kimi bir müddət əhəmiyyətini saxlayacaqdır.

Dərs bir texnologiyadır. Ənənəvi pedaqogikada bu texnologiya inzibati amirlik üsulu ilə qurulduğundan təhsilalanları özünün sərt strukturunda toplamaqla onların məcburiyyət rejimində dərsə davam etmələrini tələb edirdi. Bu tələbləri yerinə yetirən hər bir kəs ona tabe olmaqla həmin tələbləri rejim kimi qəbul edir, onun sərt pedaqoji aurasında sərbəstliyini itirirdi.

Demokratik Azərbaycan məktəbində bütövlükdə təhsil dəyişdikcə öyrənmənin əsas nüvəsi olan dərsin xarakteri də dəyişməyə başlayır. Başqa sözlə, dərs demokratik xarakter alır. Öyrənmək istəyənləri ağuşuna alan, onları əhatə edən dərsin inzibati bağları zəifləyir. Böyük bir əzaba çevrilən dərs özünün ağırlıq mərkəzini dəyişərək daha demokratik auditoriyaya çevrilir. Bu zaman uşaqlar özlərinin potensial qüvvələrindən istifadə imkanları əldə edirlər. Beləliklə, interaktiv bir şəraitin yaranması hadisəsi baş verir.

Müasir dövr informasiyalar bolluğu ilə müşayiət olunduğundan təbii olaraq öyrədici xarakter daşımağa başlayır. İnformasiyaların mənbəyi insanları izləməklə onların marağını çəkir. Belə bir mühitdə dərs özünün öyrədici təşkilatçı xarakteri ilə daha üstün keyfiyyətlər qazanmalı, öyrənənlərin marağına səbəb olmalıdır. Xüsusən ümumtəhsil məktəblərində qurulan dərslər istər məzmun, istərsə də texnoloji cəhətdən şagirdlərin diqqətini cəlb etməlidir.

Araşdırmalar onu göstərir ki, dərsin gərginlik yaradan, uşaqların diqqətini yoran bir cəhəti onun standart quruluşa malik olması, qeyri-çevik modellə tənzimlənməsidir. Demokratik cəmiyyət qurduğumuz bir zamanda dərsin ənənəvi quruluşunun, mərhələlərinin dəyişməsindən bəhs etməklə yanaşı, onun yeni mərhələlərini stabilləşdirməyə, daha konkret demiş olsaq, standartlaşdırmağa çalışırıq. Son dövrlərdə bu barədə pedaqoji mətbuatda çap olunan yazılar belə bir fikri söyləməyə əsas verir. Lakin cəmiyyət özünün inkişaf tendensiyalarında yorucu texnoloji standartlaşmalardan qaçmağı, fəaliyyətləri potensial imkanlara söykənməklə yaradıcı şəkildə qurmağı tələb edir. Dərsin qurulmasında öyrədənin güc və imkanlarına, mövcud təlim şəraitinə istinad etmək, nailiyyət və irəliləyişlərin əldə olunmuş nəticələrlə ölçülməsinə üstün yer ayırmaq faydalı bilinir. Belə olduğu təqdirdə qeyri-standart dərslərdən istifadə olunması və onların daha yaradıcı qurulmasına imkan verilməsi vacib hesab edilir.

Müasir dərsin bir mühüm xüsusiyyəti də onun problem xarakteri daşımasıdır. Ona görə də bu gün müasir dərs, dərs-problem adlandırılsa, bu səhv yanaşma olmazdı.

Dərsin problem xarakterli olması onun hər hansı didaktik vəzifənin həllinə zəruri bir problem kimi yanaşılmasından irəli gəlir. Hər dərsin müvafiq məqsədinin həll olunması istiqamətində zəruri olan problem müəyyənləşdirilir. Onu həll etmək üçün iş formaları və üsullarından istifadə edilir. Nəhayət, problemin ətrafında və onun yekunlaşdırılması ilə bağlı fəaliyyətlər təşkil olunur. Beləliklə, dərsdə mühüm didaktik vəzifə kimi problem həll olunur. Problemlərin həll olunması hər hansı didaktik vəzifənin yerinə yetirilməsi kimi başa düşülür.

Bu məntiq müasir dərs kimi başa düşülən bütün dərslərin, demək olar ki, hamısının mahiyyəti və məzmununun əsasını təşkil edir.

Müasir dərsin problem xarakteri daşıması iki səbəbdən irəli gəlir. Birincisi, problem həlli interaktiv situativliyi təşkil etməklə maraq effekti yaradır. Şagirdlərin axtarıcılıq və yaradıcılıq istiqamətində fəaliyyətlərini istiqamətləndirməklə stimullaşdırır. Onları nəticələrə gəlməyə sövq edir. İkincisi, şagirdlərin ən zəruri bilikləri öyrənmək istiqamətində həyat üçün ən vacib olan fəaliyyət bacarıqlarına yiyələnməyə imkan yaradır.

 Təlimin əsas təşkilat forması olan dərs özünün funksiyalarını yerinə yetirmək üçün hökmən müəyyən əlamətləri ilə təzahür etməlidir. Onlardan daha qabarıq görünəni sinif kollektivinin müəyyən məqsəd ətrafında səfərbər olunmasıdır. Bu keyfiyyət klassik pedaqogikanın mühüm ənənəsi olan sinif-dərs sisteminin  əsas atributlarından biri kimi bu gün də qalmaqdadır.

İllər boyu insanların birgə oxuma, öyrənmə missiyası fərdi təhsilin davamı kimi həmişə aktual olub. Yaradılmış müvafiq müəssisələrdə müəllimin rəhbərliyi ilə həyata keçirilən bu prosesdə insanlar dialoji mühit şəraitində özlərini yenidən inkişaf etdirməyə çalışıblar.

Humanist prinsiplər əsasında qurulan təhsil şəraitində bu dialoji mühit genişlənir, şagird şəxsiyyətinin daha sərbəst fəaliyyətinə imkan yaranır. Dərsin inzibati bağları qırılır, inzibatçılıq müasir qarşılıqlı əlaqə və ünsiyyətlə əvəz olunur. Şəxsiyyətlərarası canlı əlaqələr öyrənmə prosesinin mahiyyətini təşkil etməklə ona humanist bir ruh gətirir. Belə dərslərdə müəllim və şagirdlərin əməkdaşlığı müasir öyrənmə prosesinin texnologiyasına çevrilir. Bu münasibət həm də dərsin demokratik xarakterinin əmələ gəlməsini stimullaşdırır.

Bütün bunlar isə onu göstərir ki, dərs klassik bir pedaqoji model olaraq qalsa da xarakterini dəyişir, inkişafyönümlü bir mexanizmə çevrilir. Şəxsiyyətin idraki, hissi-emosional və psixomotor bacarıqlara yiyələnməsini təmin etməklə, həm də onu izləməyə imkan yaradır.

Dərs didaktikanın mühüm tədqiqat obyektlərindən biri kimi bu günə qədər öyrənilməkdə davam edir. Eləcə də dərsin psixoloji xüsusiyyətləri, şagirdlərin öyrənmə fəaliyyətinin psixoloji məqamları psixologiyada öyrənilir. Pedaqoji psixologiya dərsin psixologiyasından danışmaqla onu daha çox araşdırmağa səy göstərməlidir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu gün təhsilin mühüm nəzəri məsələlərindən biri kimi onun psixoloji əsasları kifayət qədər öyrənilməsə də ona çox böyük ehtiyacın olduğu aydın şəkildə hiss edilir.

Lakin daha real olan bir məsələ də vardır ki, o təhsilin, eləcə də onun ayrı-ayrı məsələlərinin həllində xüsusi pedaqoji və psixoloji cəhətləri, tələbləri axtarmaq meylindən ibarətdir. Araşdırmalar onu göstərir ki, özlüyündə inteqrativ bir varlıq kimi şəxsiyyətin inkişaf etdirilməsi üçün pedaqoji, yaxud psixoloji tələblərin ayrılıqda öyrənilməsi kifayət etmir. Bu məsələlərin unifikasiya olunmuş, birləşdirilmiş şəkildə öyrənilməsinə, onun psixopedaqoji problem kimi  araşdırılmasına daha çox  ehtiyac vardır. Bunun üçün isə təhsilin bütövlükdə psixopedaqoji əsaslarının tədqiq olunması öz həllini gözləyir.

İlkin araşdırmalara əsasən onu demək mümkündür ki, dərsin inkişafetdirici prinsip əsasında qurulması mühüm psixopedaqoji tələblərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır. Eləcə də bərabər şəraitin yaradılması, valideynin pedaqoji prosesə cəlb olunması da psixopedaqoji tələblər kimi tədqiqata cəlb olunmalıdır.

 Dərs mühüm pedaqoji anlayışlardan biri kimi özünün tipoloji xüsusiyyətlərə malik keyfiyyətini bu gün də saxlayır. Lakin konkret dərs tiplərinin hazırkı şəkildə qalması, ondan istifadə edilməsi, yaxud da gələcəkdə onlara müraciət olunması barədə qəti fikir söyləmək çətindir. Bunun üçün müvafiq araşdırmaların aparılması və konkret fikrə gəlinməsi ən səmərəli və inandırıcı yanaşma tərzi ola bilər. Lakin bir həqiqət vardır ki, müasir dərs özünün maraqlılıq atributunu dərsdə müəyyən ziddiyyətlərin yaranması zamanı qazanır. Bu da özlüyündə problemin yaradılması və onun həlli üçün zəmin hazırlayır. Eləcə də summativ qiymətləndirmə dərslərinin olması da yeni dərsin tiplərindən biri kimi dəyərləndirilməlidir.

Dərs texnologiyadır. Onun ayrı-ayrı hissələri barədə fikirlərin olması strateji əhəmiyyət daşıyır. Ənənəvi pedaqogikada dərsin mərhələləri barədə fikirlərin olması, az qala bu mərhələlərin əzbər öyrənilməsi ona bu gün də olduğu kimi yanaşmağı tələb edir. Doğrudur, indi də fəal-interaktiv dərslərin məzmun və strukturundan danışırlar. Onun standart tələblər kimi qəbul olunmasına çalışırlar. Demokratik təhsil prinsipi bu yanaşmanı təkzib edir, müəllimin təlim məqsədi ətrafında sərbəst olaraq fəaliyyət göstərməsini mühüm tələb kimi qarşıya qoyur. Ona görə də problemin həllinə yönəlmiş hər hansı dərs nümunəsində müəllimin yaradıcı fəaliyyət göstərməsi, öz işini layihələşdirməklə planlaşdırması zəruri hesab edilir. Eyni zamanda tədqiqatçılıq bacarığına malik olması əsas cəhət kimi qeyd olunur.

Dərs planı müəllimin sənədidir. Onu müəllim hazırlayır. İllər uzunu bu sənədin hazırlanıb-hazırlanmaması müzakirə obyekti olub. O müzakirələr bu gün də davam etməkdədir.

Dərsin planının hazırlanması vacib mərhələdir. Onun həm müəllimin inkişaf etməsi, həm də təlim prosesinin idarə olunması baxımından əhəmiyyəti vardır. Ona görə də dərs planının hazırlanmasına ciddi yanaşılmalıdır. Xüsusilə müasir nəticəyönümlü təhsil sisteminin qurulduğu hazırkı şəraitdə dərs planı daha konkret və aydın şəkildə tərtib olunmalıdır. Orada reallaşdırılan standartlar, dərsin məqsədi, vəzifələri, mənbələr, dərs prosesinin konkret addımları (mərhələləri) müasir zamanın tələbləri baxımından verilməlidir. Ən başlıcası dərsin planlaşdırılması zamanı şagirdin yüklənməsi ilə nəticələnən əlavələrdən yan keçilməlidir.

Müasir dərsin müxtəlif parametrləri (məsələn, dərsin məqsədinin bir və ya bir neçə olması dərsdə konkret vəzifələrin müəyyənləşdirilməsi, dərsdə qiymətləndirmə fəaliyyətinin təşkili, müxtəlif dərs tiplərinin planlaşdırılması və s.) ilə bağlı tədqiqatların aparılmasına, müzakirələrin keçirilməsinə ehtiyac vardır. Əgər həmin araşdırmalar aparılarsa, bu gün müasir dərsi fenomenal bir təhsil hadisəsi kimi daha da irəlilətmək mümkün olar.

Ənvər ABBASOV, 
Təhsil Problemləri İnstitutunun direktor müavini, 
Kurikulum Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru 



Image

Word on the Street

Word on the Street is an exciting new English Language teaching programme co-produced by the BBC and the British Council.
Word on the Street looks at how English works in everyday life and presents lively aspects of young British culture. Each half hour episode is filmed in a different place in the UK and features drama, interviews and reports to help you improve your English language skills.
2.96591

Christmas

It's Christmas! Ashlie and Stephen are cooking for their parents, but there's so much to be done. The pair have to buy presents and Ashlie needs to cook the turkey, roast the potatoes and make the stuffing. And Stephen? Well, for Stephen, Christmas is a holiday...
Amandeep visits the famous Fortnum & Mason department store in London to see the Christmas window displays and discover more about one of the most important aspects of Christmas - shopping!
3.98611

Art

Ashlie and Stephen are at an art market to buy things for Ashlie's flat. But the brother and sister can't stop arguing over who can make better art. To settle it, they decide to have a competition. Who is the best artist? And who is the best salesperson?
Reporter Joe explores London's newest art events: pop-up galleries. He interviews the artists and art enthusiasts who visit these tiny temporary exhibitions.
4.083335

Indoor Sports

In this episode, Ashlie and Stephen are all set to go to the beach with their two young cousins, Ellie and Joe. But the changeable English weather has other plans and they have to visit an indoor sports centre instead. Ashlie and Ellie go snowboarding and Stephen takes Joe to the climbing wall to show off his Spiderman skills...
Amandeep goes behind the scenes at the BBC weather centre to see how weather forecasts are made and to get to the bottom of every British person's favourite conversation topic: the weather!
4.105265

York

Ashlie and Stephen are going north this time, to the beautiful historic city of York. Stephen is thinking of trying his hand at archaeology, but Ashlie wants to go shopping! They visit the Jorvik museum to find out what York looked - and smelled - like a thousand years ago, and Stephen tries to persuade Ashlie to go digging for treasure...
Reporter Amandeep also goes to York to find out how important Britain’s history is in helping the tourism industry, attracting visitors from all over the world.
3.5

Flathunting

Ashlie's sick of where she lives - nothing works and her flat is too pink! Stephen helps her to find her dream home, but makes a terrible mistake when it comes to moving house...
Meanwhile, Amandeep investigates some of the UK's most unusual housing, and sees how we might live 20 years from now.

Azərbaycan Təhsil Şurasının Bakı şəhəri,Zəkalar liseyində təşkil etdiyi təlim kursundan fotolar.






Təhsil Şurası təhsilin inkişafı yolunda….

Yanvar  ayının  24-ü  və   25-ində Təhsil  Şurasının  “Təhsilin inkişafı üzrə Dövlət  Strategiyası” na  dəstək  proqramı  əsasında  Bakı şəhəri,287 nömrəli liseydə ,pedaqoji  kadrların  metodiki, elmi, nəzəri  və  təcrübi  hazırlığının təkmilləşdirilməsi  məqsədilə  həyata  keçirilən  “Öyrədənlərin öyrədilməsi” layihəsi  çərçivəsində  “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə  kurs təşkil edildi.Təhsil şurasının sədri Əjdər Ağayev və proqram rəhbəri Böyükağa Mikayıllı kursda şəxsən iştirak etdilər.Bu treyninqdə  olmuş  digər  müəllimlər  kimi  mən  də oradan xoş təəssüratlarla ayrıldım.Çünki təlim yüksək səviyyədə təşkil edilmişdi.Kurs rəhbəri Nizami Məmmədli və Sevinc Kənan Niftiyeva orada  iştirak edən iyirmiyə yaxın  müxtəlif  fənn  müəllimlərinə elektron  tədris resursları  yaratmağın  və bu resurslardan faydalannmağın yollarını öyrətməyə çalışdılar və məncə buna nail oldular.Onlar müəllimlərə konstruktiv təlim barədə geniş məlumat verdilər.ETR-lərin mahiyyəti,növləri,ETR yaradarkən əsas tutulan prinsiplər və meyarlar haqqında ətraflı danışdılar.Bu kurs, eyni zamanda  iştirakçıları Veb1 və Veb 2 alətləri barədə məlumatlandırdı.Veb 2  alətlərindən müəllimlərin dərs  prosesində nə şəkildə yararlana biləcəkləri izah edildi.Ümumiyyətlə İKT-dən faydalanmağın yolları çərçivəsində müxtəlif alternativlər irəli sürüldü.

Bu gün cəmiyyətimiz və dövlətimiz müəllim qarşısında çox böyük öhdəliklər qoyur.  İnkişaf yolunda irəliləyən Azərbaycan öz müəllimindən çox şey gözləyir.Müəllim ilk öncə özü cəmiyyətdəki inkişafa və inovativliyə  açıq olmalıdır ki,onu qəbul edib, ona uygunlaşa bilsin. Bu gün biz müəllimlər inkişaf edərək irəliləməliyik ki,hərtərəfli gənclər yetişdirib cəmiyyətə bəxş edə bilək.Bu zəmindən yanaşsaq,belə prizmalı kursların təşkil edilməsi cəmiyyətin inkişaf dinamikası ilə uzlaşmağa çalışan müəllimlər üçün sözün əsl mənasında bir zərurətdir.Mən və kursda iştirak etmiş digər müəllimlər belə silsilə təlimləri təşkil edən Təhsil Şurasına və şəxsən Əjdər Ağayevə  çox minnətdarıq. Bizim hələ haqqında öyrənməli və təlimatlanmalı oldugumuz bir çox aspektlər var.Bunun ücün də mən müəllimlərimizi müxtəlif səpgili treyninqlərdə və təlim kurslarında iştirak etməyə və onlardan bəhrələnməyə səsləyirəm.Əjdər müəllimin öz sözləri ilə desək ,əsl pedaqoq ömrünün sonuna qədər öyrənməlidir.
Kürdəmir şəhər 1 nömrəli orta məktəbin ingilis dili müəllimi Məmmədova Mehriban.